1 qollu qələbə

single-news
1 Fev 2026

1 qollu qələbə



“Qarabağ” – “Turan Tovuz” – 1:0

Abdullah Zubir, 41

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının XVIII turunda “Turan Tovuz”la qarşılaşıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə baş məşqçi Qurban Qurbanov aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

 

Qarşılaşma komandamızın üstünlüyü ilə keçib. Topa daha çox nəzarət edən “Qarabağ” rəqib qapısına çoxsaylı hücumlar qurub. Bunun nəticəsində 41-ci dəqiqədə hesab açılıb. Kapitan Abdullah Zubir cərimə meydanı daxilində uzaq küncü dəqiq nişan alıb.

 

Futbolçularımız matça diktəni fasilədən sonra da davam etdiriblər. Komandamız çoxgedişli ötürmələrlə rəqibin müdafiə xəttində boşluq axtarıb. Görüşdə başqa qol vurulmayıb və komandamız 1:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra “Qarabağ” 39 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.

 

Qeyd edək ki, komandamız Premyer Liqada növbəti oyununu fevralın 10-da keçirəcək. XIX turun “Şamaxı” - “Qarabağ” matçı Şamaxı şəhər stadionunda baş tutacaq və saat 14:30-da start götürəcək. 

Paylaş

// pop up