10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günüdür

single-news
10 May 2021

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günüdür



"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!"

 

10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.


Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmışdır.

 

O, Azərbaycanı bugünkü kimi - Qarabağlı görmək istəyirdi. Ulu öndərin xatirəsi milyonların qəlbində daim yaşayacaq!

Paylaş