11 futbolçumuz U-15-də

single-news
13 Sen 2025

11 futbolçumuz U-15-də



Klubumuzun 11 futbolçusu Azərbaycanın U-15 millisinə çağırılıb. Oqtay Mehrəliyev, Yusif Məmmədli, Məhəmməd Ağamalıyev, Ruhid Məmmədli, Asim Hüseynov, Raul Əliyev, Məhərrəm Musazadə, Abbas Məmmədli, Səbran Muradlı, Həsən Mürşüdzadə və İbrahim Rza 15 yaşadək futbolçulardan ibarət yığmanın sentyabrın 19-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında olacaqlar.

 

U-15 hazırlıq çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar sentyabrın 16-da və 18-də Binə stadionunda təşkil olunacaq. Hər iki görüş saat 16:00-da başlanacaq.

Paylaş

// pop up