14-CÜ MİLLİ ÇEMPİONAT . . . 14 KLUB. . .

single-news
3 Avq 2005

14-CÜ MİLLİ ÇEMPİONAT . . . 14 KLUB. . .



Bu gün AFFA - nın İcraiyyə Komitəsinin iclası keçirildi. 14-cü Milli Çempionat haqqında müzakirələr aparılaraq, bəzi məsələlərə aydınlıq gətirildi. Bu barədə "Qarabağ"ın Mətbuat Xidmətini AFFA-nın Yarışların Təşkili və Keçirilməsi departamentini sədri Məlik Həsənov məlumatlandırdı.Onun sözlərinə görə,gələn -14- cü çempionatda gözlənildiyi kimi,16 komanda yox, cəmi 14 komanda iştirak edəcək. "Şəmkir", "Energetik" və "Karat" 14-cü milli çempionatda iştirak etməyəcək. Qalan 13 komandaya isə MOİK əlavə olunacaq. Gələn çempionatı tərk edəcək klub sayı isə bu ilkindən fərqli olaraq 2 olacaq. Əvəzində isə birinci dəstədən elə iki klub güclülər dəstəsinə vəsiqə qazanacaq. Xatırladaq ki, çempionatın püşkatması avqustun 5-də keçiriləcək. Məhz bundan sonra 12-si start götürəcək çempionatın ilk turunun qarşılaşmaları müəyyənləşəcək.

Paylaş