1988-89-cu il təvəllüdlülər: "QARABAĞ" - VAHİD LİDERDİR!

single-news
16 Noy 2005

1988-89-cu il təvəllüdlülər: "QARABAĞ" - VAHİD LİDERDİR!



2005-06-cı il mövsümündə Güclülər dəstəsində yarışan FK-nın nəzdində uşaq komandaları arasında Azərbaycan birinciliyində növbəti turun oyunları keçirildi. 1988-89-cu il təvəllüdlülər arasında yarışda "Qarabağ" "Gənclərbirliyi"ni qəbul edirdi. Oyun "Qarabağ"ın üstünlüyü ilə başladı və ilk dəqiqələrdə Polad Kərimov hesabı açdı. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissədə isə azarkeşlər "Qarabağ" yeniyetmələrinin ifasında daha üç qol izlədilər. Bunlardan ikisini Əfran İsmayılov, birini isə Orxan Bəşirov rəqib qapısından keçirdi. Beləliklə 4:0-liq inamlı qələbədən sonra "Qarabağ" qrupdaki liderliyini daha da möhkəmlədərək, xal sayını 12-yə yüksəltdi. Ən yaxın izləyici olan "Bakı"nın 7 xalı var.

Paylaş