200-cü oyun
28 Apr 2026
200-cü oyun
Müdafiəçimiz Kevin Medina komandamızın heyətində 200-cü oyununa çıxıb. Onun yubileyi Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib.
Kolumbiyalı müdafiəçi 200 qarşılaşmada 6 qola imza atıb. Kevin çempionatda 117i (3 qol), avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 oyunda şans qazanıb.
Qeyd edək ki, cənubi amerikalı 2020-ci ilin yayında “Qarabağ”a keçib.
