28 Maydan başlayan müstəqillik və qürur günümüz...

single-news
27 May 2005

28 Maydan başlayan müstəqillik və qürur günümüz...



Azərbaycan dünyanın ən qədim dövlətçilik mədəniyyətinə malik olan zəngin Cənubi Qafqaz ölkəsidir. Ölkəmizin ərazisində həm eradan əvvəl, həm də sonra qüdrətli dövlət qurumları mövcud olmuş, bu dövlətlər xalqımızın siyasi, sosial-mədəni və iqtisadi həyatında mühüm rol oynamışdır. XIX yüzilliyin əvvəllərində Azərbaycanın müstəqil dövlətçiliyinə son qoyulduqdan sonra xalqımız dəfələrlə yenidən öz dövlətçiliyini bərpa etmək üçün ayağa qalxmış, bu yolda mübarizələr aparmış, qurbanlar vermişdir. Azərbaycan xalqı zaman-zaman müstəqillik istəyini, arzusunu öz ürəyində, qəlbində gəzdirmiş, bu yoldan heç bir qüvvə onu çəkindirə bilməmişdir. XX əsrin əvvəllərində 1918-ci ilin may ayının 28-də Şərqdə ilk dəfə olaraq müstəqil Azərbaycan dövləti quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918 - 1920-ci illərdə müasir dövlətçilik tarixində rolu çox böyük olmuşdur. 1918-ci ilin 28 Mayından başlayan müstəqillik günümüz, qürur günümüz mübarək və əbədi olsun!

Paylaş