3 qollu qələbə

single-news
16 Yan 2026

3 qollu qələbə



“Qarabağ” – “Osiyek” (Xorvatiya) – 3:1

Musa Qurbanlı, Aleksey Kaşuk, Abbas Hüseynov

 

Komandamız Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. “Qarabağ” günün ilk görüşündə Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb.

 

Matç Belek bölgəsindəki Kalista İdman Mərkəzində baş tutub. Komandamız görüşə aşağıdakı “11-lik”lə çıxıb: 97. Fabian Buntiç, 18. Dani Bolt, 3. Sami Mmae, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 7. Nəriman Axundzadə, 21. Aleksey Kaşuk, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı.

 

Oyunda hesabı rəqib komanda açıb. Buna baxmayaraq, futbolçularımız geridönüş etməyi bacarıblar. Əvvəlcə Musa Qurbanlı bərabərlik topunu vurub. Ardından Aleksey Kaşuk və Abbas Hüseynov da fərqləniblər. Beləliklə, “Qarabağ” yoxlama oyununda 3:1 hesabı ilə qalib gəlib.

 

Komandamız növbəti matçını bu gün Polşanın “Zaqlebye” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Paylaş

// pop up