3 qollu səfər oyunu

single-news
30 Apr 2026

3 qollu səfər oyunu



“Neftçi” - “Qarabağ” - 2:1

Emil Səfərov, 55; Bassala Sambu, 90+2 – Elvin Bədəlov, 85 (avtoqol)

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasında 21-ci turdan təxirə salınan matça çıxıb.

 

“Neftçi” ilə görüş “Palms Sports Arena”da keçirilib. Komandamız matça aşağıdakı “11-lik”lə başlayıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 17. Kamilo Duran.

 

Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda təhlükəli hücumlarla diqqət çəkib. Buna baxmayaraq, müdafiədə etibarlı oyun sayəsində fasiləyə qədər qapılara qol vurulmayıb.

 

Meydan sahibləri 55-ci dəqiqədə hesabı açıblar. Bundan sonra aramsız hücumlar quran komandamız 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Buna baxmayaraq, əlavə edilmiş dəqiqələrdə daha bir dəfə fərqlənən “Neftçi” 2:1 hesablı qələbə qazanıb.

 

Bu nəticədən sonra komandamız 59 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.

 

Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu mayın 4-də evdə “Turan Tovuz”a qarşı keçirəcək.

Paylaş

// pop up