5-ci gümüş, Avropa Liqasına vəsiqə
16 May 2026
5-ci gümüş, Avropa Liqasına vəsiqə
Komandamızın Misli Premyer Liqasının 2025/26 mövsümündə tutduğu yer dəqiqləşib. Bu, XXXII turun “İmişli” ilə ev oyunundan (3:0) sonra müəyyənləşib.
32 matçdan sonra xallarının sayını 66-ya çatdıran komandamız 2-ci yeri tutub. Bu gümüş medal klub tarixinə Azərbaycan çempionatlarında 20-ci mükafat kimi düşüb. 12 qızıl və 3 bürüncü olan “Qarabağ” 5-ci dəfə gümüşə sahib çıxıb.
Premyer Liqada 2-ci yer komandamıza UEFA Avropa Liqasına vəsiqə verib. “Qarabağ” turnirə I təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 16-da atılacaq, oyunları isə iyulun 9-da və 16-da keçiriləcək.
