7 "QARABAĞ"LI MİLLİYƏ ÇAĞIRILDI.
12 Yan 2005
7 "QARABAĞ"LI MİLLİYƏ ÇAĞIRILDI.
"Qarabağ"ın Antalyada təlim- məşq toplanışı davam edir. Antalyanın Sural Saray otelində qalan komanda gündə iki dəfə: saat 10:30 və 15:30- da məşqlər edir. Komandanın düşərgəsində dörd yeni legioner də baxışdadır. Ayın 14-də ilk yoldaşlıq görüşündə qüvvəsini sınayacaq "Qarabağ" baxışda olan oyunçuları da nəzərdən keçirməyi planlaşdırır.
Məlum olduğu kimi, yanvarın 21-i və 23-də futbol üzrə Azərbaycan milli yığma komandası Trinidad və Tobaqo yığması ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq. Milli komandanın baş məşqçisi Karlos Alberto Torres Bakıda olmasa da, yığmamızın bu qarşılaşmada hansı futbolçuların xidmətindən istifadə edəcəyi bəllidir.
Milliyə dəvət olunan futbolçulardan 7-si Ağdamın "Qarabağ" klubunu təmsil edir.Bunlar: Rauf Mehdiyev (qapıçı), Samir Abbasov, Aslan Kərimov (hər ikisi müdafiəçi),İsmayıl Məmmədov, Aqil Məmmədov, Anatoli Ponomaryov (hər üçü yarımmüdafiəçi),Vüqar Nadirov(hücumçu)- dur .
Qeyd edək komandamızın milliyə çağırılmış oyunçuları yanvarın 17-də Antalyadan Bakıya dönəcəklər