700-cü səfər qolu

single-news
28 Apr 2026

700-cü səfər qolu



Komandamız Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub. Bu qola Musa Qurbanlı imza atıb.

 

Hücumçumuz Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan “Qarabağ”ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.

 

Komandamız ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb. 

Paylaş

// pop up