8 futbolçumuz U-16-da

single-news
13 İyn 2025

8 futbolçumuz U-16-da



Klubumuzun 8 futbolçusu Azərbaycanın U-16 millisinə çağırılıb. Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Tunar Əsgərzadə, Cavidan Əlizadə, Daniil Rəcəbov və Əli Bəşirov 16 yaşadək futbolçulardan ibarət yığmanın iyunun 15-dən 21-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında olacaqlar.

 

Millimiz toplanış çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək. Hər iki qarşılaşma Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlanacaq.

Paylaş

// pop up