8 oyun, 8 qələbə

single-news
23 Okt 2023

8 oyun, 8 qələbə



“Qarabağ” akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçiriblər. Təmsilçilərimiz 8 yaş qrupu üzrə turnirlərdə 8 qələbə qazanıb. Yalnız Gənclər Liqasında çıxış edən U-19 bu turu buraxıb.
Digər komandalarımız turu itkisiz keçiblər. U-15 İCBFA üzərində 11:0 hesablı qələbə qazanıb.
U-16 “Azad”ı (Masalli) yeddi, U-14 “Metak”ı altı, U-17 “Turan Tovuz”u dörd cavabsız qolla üstələyib. U-13 və U-10 da turu böyükhesablı qələbə ilə başa vurub. Hər iki komanda “Zəngəzur”u üstələyib. U-13 6:1, U-10 6:2 hesabı ilə qalib gəlib.
ROFM ilə görüşən U-12 turu qələbə ilə bitirib – 2:1. U-11 isə “Zəngəzur”dan güclü olub – 5:4.

U-17 Liqası. IX tur. Turan Tovuz - Qarabağ - 0:4
U-16 Liqası. IX tur. Azad (Masalli) - Qarabag – 0:7
U-15 Liqası. VII tur. Qarabağ – İCBFA - 11:0
U-14 Liqası. IV tur. Metak - Qarabağ – 0:6
U-13 Liqası. IV tur. Qarabağ – Zəngəzur - 6:1
U-12 Liqası. IV tur. Qarabağ – ROFM - 2:1
U-11 Liqası. IV tur. Qarabağ – Zəngəzur – 5:4
U-10 Liqası. IV tur. Qarabağ – Zəngəzur – 6:2

Paylaş