Açıq məşq və mətbuat konfranslarının vaxtı

single-news
18 Okt 2021

Açıq məşq və mətbuat konfranslarının vaxtı



UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib. Hər iki tədbir oktyabrın 20-də keçiriləcək.

 

12:00 “Qarabağ” FK-nın  mətbuat konfransı

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

17:15 “Qarabağ” FK-nın açıq məşqi (İlk 15 dəqiqəsi)

Məkan: “Azersun Arena”

 

18:30 “Kayrat” FK-nın mətbuat konfransı

19:00 “Kayrat” FK-nın açıq məşqi (İlk 15 dəqiqəsi)

Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

 

Qeyd: Mövsümlük akkreditasiyadan keçmiş media mənsubları media sektorda əyləşmək üçün biletlə təmin ediləcəklər. Bu səbəbdən oyunda iştirak etmək istəyən media əməkdaşları oktyabrın 19-u saat 11:00-dan oktyabrın 20-i saat 18:00-dək media biletlərini Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər. Ümid edirik ki, yer sayının məhdudluğunu nəzərə alacaqsınız. Qeyd edək ki, hər media orqanına 1, TV-lərə isə 2 media bileti veriləcək.

 

Qeyd 2: COVİD-19 pandemiyası ilə əlaqədar UEFA-nın əsasnaməsinə əsasən, mətbuat konfransında say məhdudiyyəti olacaq. Vəsiqələr təqdim olunarkən mətbuat konfranslarında (Premyer Liqa və avrokubok) daha çox iştirak etmiş media mənsublarına üstünlük veriləcək.

 

Anlayışınız üçün təşəkkür edirik!

Paylaş