Almaniyada 6 qol

single-news
27 Okt 2023

Almaniyada 6 qol



“Bayer” (Almaniya) – “Qarabağ” – 5:1

Florian Virts, 5, Aleks Qrimaldo, 29, 54, Viktor Bonifeys, 35, Edmond Tapsoba, 58 // Toral Bayramov, 16 (pen.)

 

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib. Komandamız qrup mərhələsinin III turunda “Bayer”lə qarşılaşıb.

 

İlk iki matçda qələbə qazanan rəqiblərin dueli “BayArena”da baş tutub. H qrupunun liderlərinin duelinə meydan sahibləri fəal başlayıb. Bu, 5-ci dəqiqədə vurulan erkən qolla nəticələnib.

 

Buraxılan topdan sonra fəallaşan “Qarabağ” oyuna nəzarəti ələ almağa çalışıb və bir neçə hücum təşkil edib. Bunların birində Olavio Juninyo penalti zərbəsi qazanıb. Toral Bayramov 11 metrlik nöqtədən dəqiq olub – 1:1.

 

Hesaba tarazlıq gəldikdən sonra Bundesliqanın lideri hücumlarının kəsərini artırıb. Müdafiə xətti dəfələrlə öz bacarığını göstərərək rəqibini qarşısını alıb. Andrey Lunyov da bir neçə dəfə rəqib zərbəsini dəf edib. Meydan sahibləri fasiləyədək daha iki qol vurub.

 

Komandamız ikinci hissəyə daha fəal başlayıb. Bir neçə hücum quran futbolçularımız təhlükəli epizodlar yaratmaqda çətinlik çəkiblər.

 

“Bayer” isə hissənin əvvəlində daha iki qol vuraraq fərqi 4 topa çatdırıb.  Komandamızın oyunda dönüş yaratmaq cəhdləri istənilən nəticəni verməyib. Almaniyalıların hücumları daha təhlükəli alınıb. Beləliklə, qrup mərhələsinə iki qələbə ilə başlayan “Qarabağ” ilk məğlubiyyətini alıb – 1:5.

 

Qeyd edək ki, qrupun digər oyununda “Molde” “Hekken”i 5:1 hesabı ilə məğlub edib.

Paylaş