Ardıcıl 3-cü çempionluq

single-news
12 İyn 2025

Ardıcıl 3-cü çempionluq



14 yaşadək futbolçulardan ibarət komandamız Azərbaycan çempionu olub. “Qarabağ” U-14 Liqasının bu gün keçirilən final oyununda “Ulduz”la qarşılaşıb.

 

“ASCO Arena”da keçirilən görüşdə 1:0 hesablı qələbə qazanan komandamız ölkə çempionu adını qazanıb. Həlledici qola İbrahim Rza imza atıb.

 

Bu, “Qarabağ”ın U-14 Liqasında ardıcıl 3-cü çempionluğudur. Son 4 yarışda finala yüksələn komandamız 2021/22 mövsümündə gümüş qazanıbsa, 2022/23 və 2023/24 mövsümlərində qızıla sahib çıxıb.

Paylaş

// pop up