Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinə üzv seçilib

single-news
7 Sen 2023

Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinə üzv seçilib



Berlində Avropa Klublar Birliyinin (European Club Association) Baş Assambleyası keçirilib.

Qurumun 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzvlərin seçimi baş tutub. "Qarabağ" FK-nın baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti 4 ildə İcraiyyə Komitəsinə üzv seçilib. Bununla da, Asif Əsgərov beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.



Asif Əsgərov 2017-ci ildən ECA işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub. 2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır.
ECA-nın rəhbəri PSJ-nin prezidenti Nasser Əl Xələfidir.

Asif Əsgərovu ECA-nın qərarverici orqanında təmsil olunması münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

 

May be an image of 4 people and text

May be an image of 4 people and text

May be an image of 2 people and text

May be an image of 11 people and text

Paylaş