ASLAN KƏRİMOV: "GÜNAH BİZ FUTBOLÇULRDADIR!"

single-news
7 İyn 2005

ASLAN KƏRİMOV: "GÜNAH BİZ FUTBOLÇULRDADIR!"



Milli komandamız bu dəfə də, məğlub oldu. Yenə də quru hesab, böyük yenilgi. Bu haqda son matçda Millidəki yeganə "Qarabağ"lı futbolçumuz olan Aslan Kərimovun fikirlərini diqqətinizə çatdırırıq. - Biz Polşalı futbolçulardan zəifik. Bunu birmənalı qarşılamaq lazımdır. Səviyyə fərqi özünü göstərdi. Günahı başqasında axtarmaqdan öncə, özümüzün nə etdiyini düşünməliyik. Öz səhvimizi (futbolçular nəzərdə tutulur) başa düşdükdən sonra rəhbərlikdə səhv axtarmaq lazımdır. Komanda uduzub, uduzanlar isə,Azərbaycanın adını daşıyan meydanda döyüşən 11 nəfər olub... Aslanın Yığmanın Baş məşqçisi Torres haqqında fikirləri isə belə oldu: - Mən futbolçuyam və əgər mənə etimad göstərilirsə, baş məşqçinin kimliyindən asılı olmayaraq, Azərbaycan adına Futbol oynamağa hazıram. Tsiklin ortasındayıq. Bu yerdə komandanı baş məşqçisiz qoymaq da olmaz. Mənim şəxsi fikrim belədir ki, tsikl bitdikdən sonra digər məsələlərə baxılmalıdır. Artıq ondan sonra bəlkə də millidə gəncləşdirmə siyasəti aparılmalı, köklü dəyişikliklər edilməlidir.

Paylaş