Avrokuboklarda 100-cü oyun

single-news
31 İyl 2025

Avrokuboklarda 100-cü oyun



Komandamızın futbolçusu Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib. 33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşünə (1:0)  təsadüf edib.

 

2018-ci ildə qitə kuboklarında debüt edən Zubir avrokuboklarda yalnız “Qarabağ”ın formasını geyinib. O, Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb. O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir.

 

Zubir klublarımızın heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoyub. Bunlar vaxtilə komandamızın formasını geyinən Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdur.

 

Qeyd edək ki, komandamızın “Şelburn” üzərində qələbəsi Azərbaycan klublarının avrokuboklardakı 150-ci qalibiyyəti olub.

Paylaş

// pop up