AZARKEŞLƏR SEÇİM ETDİ . . .

single-news
19 İyl 2005

AZARKEŞLƏR SEÇİM ETDİ . . .



Saytımızda yer alan daha bir sorğu başa çatdı. Bu dəfə ötən mövsüm "Qarabağ"ın uğurları üçün çalışmış legioner futbolçuların azarkeşlər arasında nə dərəcədə etimadı doğrultması maraq doğururdu. Nəticələr artıq məlumdur. azarkeşlərin tam yarısı - 48% respondent Mustafa Engin Özməni digərlərindən daha üstün tutub. Maraqlı hal isə odur ki, ikincilik yeni leginerlərin gətirilməsi tərəfindədir. Belə ki, səs verənlərin 16 %-i kluba yeni leginerlərin gətirilməsini istəyir. Üçüncü yer isə ötən mövsümün ikinci yarısında kluba gəlmiş bolqar futbolçu İvan Karamanova məxsusdur. Respondentlərin 14 %-i onu daha yaxşı legioner hesab edir. Digər yerlər uyğun olaraq aşağıgakı kimidir: Heç biri - 9% Denis Sokolovski-4% Hamısı- 2% Vladimir Boqaç - 1% Andrey Kolinenko - 0%. Yeni sorğumuz ötən mövsümdə KLubumuzun ən yaxşı oyunu haqqındadır. Aktiv olun və ən baxımlı oyunu birlikdə müəyyənləşdirək.

Paylaş