“Azarkeşlərimizə təşəkkür edirik”
19 Fev 2026
“Azarkeşlərimizə təşəkkür edirik”
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” (1:6) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Təəssüf ki, bu cür hesabla məğlub olduq. Belə hesabla uduzmaq istəməzdik. Futbolçularım buraxılan ilk qollardan sonra özlərini toparlaya bilmədilər. Rəqib çox sürətli oynayan komandadır. Hazırlıqları da yüksək səviyyədə idi. Azarkeşlərimizə təşəkkür edirik ki, sona qədər komandamızın yanında oldular. Gözəl olan o idi ki, fevral ayına qədər Çempionlar Liqası matçları Azərbaycanda keçirildi”.
