AZARKEŞLƏRİN SEÇİMİ : MUSTAFA ENGİN ÖZMEN

single-news
13 Apr 2005

AZARKEŞLƏRİN SEÇİMİ : MUSTAFA ENGİN ÖZMEN



Keçirdiyimiz növbəti sorğu Klubumuzda olan legionerlərlə bağlı oldu. Azarkeşlərimiz arasında daha çox rəğbət bəslənən legionerin kim olması Klubumuz üçün də maraqlı idi və diqqətlə izlənilirdi. Nəticə də, gözlənilən kimi oldu. Oynadığı bütün matçlarda yarımmüdafiə xəttində inamlı oyunu ilə seçilən Mustafa Engin Özmən azarkeşlərin də rəğbətini qazanmış futbolçu olduğu sorğumuz vasitəsilə isbatlandı. 398 respondentin iştirak etdiyi sorğuda 134 nəfər Mustafa Engin Özmənə səs verib. Respondentlərin verdiyi səslərə görə, ikinci yeri 70 səslə Andrey Kolinenko, üçüncü yeri isə 63 səslə Denis Sokolovski tutub. Legionerlər arasında lider olan Mustafa Engin Özmənin bu haqda fikirləri: "Mən bu sorğu başlayandan demək olar hər gün nəticələri izləyirdim. İlk günlərdən liderlik məndə olsa da, son günlər fərq daha da artdı. Düzünü desəm fanatlarımız arasında bu qədər sevildiyimi bilmirdim. Bu mənə daha da yaxşı oynamağa, azarkeşlərimizin etimadını doğrultmağa əlavə stimul verdi. Bütün mənə səs verənlərə minnətdarlığımı bildirir, Azərbaycanın ən yaxşı Futbol saytı olan www.qarabagh.com saytına da belə tip sorğuları keçirdiyinə görə, öz dərin təşəkkürümü bildirirəm."

Paylaş