AZƏRBAYCAN - ERMƏNİSTAN, QİSAS YOXSA . . .

single-news
27 Okt 2005

AZƏRBAYCAN - ERMƏNİSTAN, QİSAS YOXSA . . .



Dünən "Rişon Le-Zion" stadionunda rusiyalı həmyaşıdlarıyla qarşılaşan U-17 millimiz ilk oyunda İsrailə 1:5 hesabı ilə məğlubiyyətdən fərqli olaraq, bu dəfə daha yaxşı oynayıb. Bəxtiyar Soltanovun qoluyla hesabı açan millilərimiz uzun müddət üstünlüyünü qorusa da, sona yaxın ruslar cavab topunu vura bilib. Bundan sonra müdafiədə daha diqqətli oynayan U-17 hesabı dəyişməyə qoymayıb. Beləliklə, ilk xalını qazanan Şakir Qəribovun yetirmələri qrupda ilk xalını qazanıb. Maraq üçün qrupumuzda yer alan düşmənlərimizin ikinci oyunda da böyük hesabla yenildiyini diqqətinizə çatdıraq. İsrail erməniləri 7:2 hesabıyla yenib. İlk oyunda isə Ruslar ermənilərin qapısından dörd cavabsız top keçirmişdi. 17 yaşlılardan ibarət millilərimiz növbəti mərhələyə adlamaq şansını saxlasa da, bu şans çox cüzidir. Lakin son turda Ermənistan Millisi ilə oyunda qalib gəlmək isə çox vacibdir.Sabah "Rişon Le-Zion" stadionunda əsl döyüş səhnəsi yaranacaq. Əbədi düşmənlərimizi əzəcəyi təqdirdə Şakir Qəribovun yetirmələri mərhələ adlaya bilməsə belə, çətin ki, buna təəssüflənən tapılsın. Əks halda... UĞURLAR !

Paylaş