Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb

single-news
18 Fev 2023

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb



Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

 

Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

 

Bundan əlavə, bugünkü axtarışlar nəticəsində "Hatayspor" Futbol Klubunun futbolçusu Kristian Atsu və texniki işçisi Onur Akdenizin cansız bədəni qalıqlar altından tapılıb.

Paylaş