Bakıda 6 qollu oyun
Bakıda 6 qollu oyun
“Qarabağ” – “Ayaks” – 2:4
Kamilo Duran, 10; Mateus Silva, 47 – Kasper Dolberq, 39; Oskar Qlux, 79, 90; Anton Qaei, 83
Komandamız Çempionlar Liqasında növbəti oyunu keçirib. “Qarabağ” Liqa mərhələsində üçüncü ev matçına çıxıb.
VI turda rəqibimiz Niderland klubu “Ayaks” olub. Görüş komandamızın ərazi üstünlüyü ilə başlayıb. İlk dəqiqələrdən aramsız hücumlar edən futbolçularımız erkən qol vurmağa müvəffəq olublar. Kamilo Duran qapıçı ilə təkbətək şansı əldən verməyib.
Qoldan sonra da üstünlük komandamızın tərəfində olub. Hissənin ortalarından azarkeşlər qarşılıqlı hücumlara şahidlik ediblər. İlk yarının sonlarında qonaqlar hesabı bərabərləşdiriblər. Komandamız fasilədən dərhal sonra yenidən önə keçib. Bu dəfə Mateus Silvanın zərbəsi qarşısıalınmaz olub. Buna baxmayaraq, qonaqlar sona yaxın 3 qol vuraraq, 4:2 hesablı qələbə qazanıblar. “Qarabağ”ın hazırda aktivində 7 xal var.
Qeyd edək ki, VII turda rəqibimiz “Ayntraxt” olacaq. Almaniya klubu ilə Bakıdakı görüş yanvarın 21-də baş tutacaq.
