BAŞ MƏŞQÇİMİZ CƏZALANDI

single-news
31 Avq 2005

BAŞ MƏŞQÇİMİZ CƏZALANDI



AFFA Nizam-İntizam Komitəsinin (NİK) ənənəvi iclası keçirildi. İclasda ötən- 3-cü tur baş verənlər müzakirə olunaraq, sonda altı klub, beş futbolçu və bir baş məşqçi cəzalandırıldı. Təəsüflər olsun ki, cəzalanan baş məşqçi komandamızın Baş Məşqçisi Elxan Abdullayevdir. O, ötən turda "Olimpik"lə matçda qeyri-etik hərəkətlər etdiyi iddia olunaraq 4 oyun texniki zonadan uzaqlaşdırılıb. Buna görə Klub 20 milyon manatlıq cərimə də ödəməlidir. Xatırladaq ki, həmin oyunda rəqib qapısını qoruyan Hüseyn Məhəmmədov da iki oyun və 10 milyon manat cərimələnib. "MKT-Araz" da eyni məbləğdə cərimə ödəyəcək. Çünki komandanın üzvü Valeh Kərimov qeyri-etik hərəkətlər edib. Buna görə, futbolçu 2 oyunluq diskvalifikasiya olunub. Bu azmış kimi, "İnter"lə matçda 5 oyunçusu sarı vərəqə aldığından "MKT-Araz" rəhbərliyi daha 5 milyon manat cərimə verəcək. "Gənclərbirliyi"-"Gəncə" matçındakı olaylara görə tərəflərin hər ikisi cəzalanıb. Qonaq komandanın rəsmi şəxsləri oyunqabağı yığıncağa gecikdiyindən "Gəncə" 7,5 milyon manat məbləğində cərimələnib. Bundan başqa qarşılaşmanın gedişində meydan sahiblərindən Tərlan Xəlilovla rəqib komandanın gürcü futbolçusu İrakli Berayanın bir-birlərinə qarşı kobudluğu diqqətdən yayınmayıb. Bu hərəkətlərinə görə futbolçular növbəti iki turu buraxacaqlar, onların məxsus olduqları klublar isə hərəyə 10 milyon manat cərimə ödəyəcək. Ən yüngül cəza "Göyəzən"in qapıçısı Ramiz Kərimovun payına düşüb. O, qırmızı vərəqəylə cəzalandığından gələn turda meydana çıxmayacaq və "Göyəzən" AFFA-ya 1 milyon manat "hədiyyə" verəcək. Hakimlərdən isə, Emil İsgəndərov 13 oyun hakimlikdəın uzaqlaşdırılıb. Azad Mütəllimov iki oyun belə cəzaya məruz qalıb.

Paylaş