“Bayer” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

single-news
24 Okt 2023

“Bayer” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi



UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb. Oktyabrın 26-da Leverkuzen şəhərindəki “BayArena” stadionunda baş tutacaq görüşə Rumıniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Horatiu Feșnic idarə edəcək. Valentin Avram və Alexandru Cerei baş hakimin köməkçiləri olacaqlar. Szabolcs Kovacs dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 26-da “BayArena” stadionunda keçiriləcək “Bayer” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
UEFA Avropa Liqası
H qrupu, III tur
26 oktyabr
23:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Horatiu Feșnic
Baş hakimin köməkçiləri: Valentin Avram, Alexandru Cerei
Dördüncü hakim: Szabolcs Kovacs (hamısı Rumıniya)
VAR: Tiago Martins (Portuqaliya)
AVAR: Paolo Valeri (İtaliya)
Leverkuzen. “BayArena” stadionu

Paylaş