Bədavi Hüseynov: “Bu, hər bir futbolçu üçün ən ağır zədələrdən biridir”

single-news
10 Okt 2021

Bədavi Hüseynov: “Bu, hər bir futbolçu üçün ən ağır zədələrdən biridir”



Müdafiəçimiz Bədavi Hüseynov klubumuzun saytına açıqlama verib. Fərdi məşqlərini davam etdirən futbolçumuz bərpa prosesindən danışıb:

 

“Bu, hər bir futbolçu üçün ən ağır zədələrdən biridir. Sağalması, tam bərpası üçün çox vaxt lazım gəlir. Bəzən hər gün eyni hərəkətləri etmək insanı yorur. Bunun üçün psixoloji cəhətdən də hazır olmalısan. Şükürlər olsun ki, indi özümü yaxşı hiss edirəm. Çətin günlər demək olar ki, geridə qalıb. Mən bir dəfə də bu zədədən əziyyət çəkdiyim üçün nə etmək lazım olduğunu bilirəm. Yolun yarısını artıq qət etmişəm. İndi həkim nəzarətində fərdi qaydada bərpa məşqlərini keçirik. Həkimlərimiz noyabrın sonlarında komanda ilə birgə məşq etməyə hazır olacağımı deyirlər. Ümid edirəm ki, “Qarabağ” uğurlu çıxışını həm Avrokuboklarda, həm də Azərbaycan çempionatında davam etdirəcək. Özümə isə tezliklə sıraya qayıtmağı arzulayıram”.

Paylaş