Bol qollu oyunda qələbə

single-news
20 İyn 2026

Bol qollu oyunda qələbə



“Qarabağ” – “Zirə” – 4:3

Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli - George Papunaşvili, Yeqor Boqomolski, Namik Ələskərov

 

Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” ilk yoxlama oyununu keçirib. Komandamız Bakı toplanışı çərçivəsində “Zirə” ilə görüşüb.

 

Matç “Azersun Arena”da baş tutub. Komandamız meydana aşağıdakı “11-lik”lə çıxıb: 1. Şahrudin Məhəmmədəliyev, 18. Dani Bolt, 2. Mateus Silva,          82. Məhəmməd İmaməliyev, 24. Jeremi Qnali, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 17. Kamilo Duran, 7. Jali Muaddib, 10. Abdullah Zubir, 11. Zakaria Savo

 

Oyunda hesabı rəqib komanda açıb. Buna baxmayaraq, komandamız fasiləyə qədər hesaba tarazlıq gətirib. Kamilo Duran penaltidən fərqlənib.

 

İkinci hissə daha məhsuldar keçib. Heyətində dəyişikliklər edən hər iki komanda açıq futbol nümayiş etdirib. Komandamızda Mehdi Mütəllimli də rəqib qapısına yol tapıb. Yekunda komandamız ilk yoxlama oyununda 4:3 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, “Qarabağ” hazırlığın ikinci mərhələsi üçün iyunun 22-də Avstriyaya yollanacaq və orada 3 sınaq matçı keçirəcək.

Paylaş

// pop up