Böyükhesablı səfər qələbəsi

single-news
26 Apr 2026

Böyükhesablı səfər qələbəsi



“Neftçi” – “Qarabağ” – 1:5

Elvin Bədəlov, 21 // Musa Qurbanlı, 9, 32, Joni Montiel, 38, Leandro Andrade, 68, Emmanuel Addai, 90+3

 

Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının XXIX turundakı rəqib “Neftçi” olub.

 

“Qarabağ” səfər matçına “Palms Sports Arena”da çıxıb. Komandamız görüşə aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.

 

Məhsuldar alınan qarşılaşma erkən qolla başlayıb. Musa Qurbanlı meydan sahiblərinin qapısına yol tapıb.

 

Rəqib hesabı bərabərləşdirsə də, komandamız fasiləyədək daha iki dəfə fərqlənib. Öncə Musa Qurbanlı dublunu rəsmiləşdirib, ardınca Jonu Montiel fərqi artırıb.

 

İkinci hissədə komandamız daha iki qol vurub. Öncə Leandro Andrade üstünlüyü üç topa çatdırıb. Uzatma dəqiqələrində isə Emmanuel Addai qol sevinci yaşayıb. Beləliklə, “Qarabağ” böyükhesablı səfər qələbəsi qazanıb – 5:1.

 

Qeyd edək ki, komandamız növbəti oyununu da eyni rəqiblə bu arenada keçirəcək. XXI turdan təxirə salınan qarşılaşma aprelin 30-da baş tutacaq və saat 20:00-da başlayacaq.

Paylaş

// pop up