“Bu qalibiyyət çox vacib idi”

single-news
4 May 2026

“Bu qalibiyyət çox vacib idi”



Misli Premyer Liqasının 30-cu turunun “Qarabağ” - “Turan Tovuz” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:

 

“Futbolçularımı təbrik edirəm. Matçlarımız sıx qrafikdə keçsə də, sona kimi dözdülər, oyundan qopmadılar. Bu qalibiyyət çox vacib idi. Hər bir futbolçumuza təşəkkür edirəm, xarakter göstərdilər. Komandalarını dəstəklədikləri üçün hər iki komandanın azarkeşlərinə də təşəkkürümü bildirirəm”.

Paylaş

// pop up