`Çelsi` bacardı

single-news
21 May 2012

`Çelsi` bacardı



Çempionlar Liqasında mövsümə yekun vurulub. Həlledici görüşdə `Bavariya` və `Çelsi` klubları üz-üzə gəlib.
Final matçının Münhendə keçirilməsi `Bavariya` üçün əlavə üstünlük olacaqdı. 2010-cu ildə finalda `İnter`ə 0:2 hesabı ilə məğlub olan `Bavariya` klubu bu dəfə doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaqdı. Almaniya Bundesliqası və kubokunda `Borussiya` (Dortmund) klubuna uduzan Münhen təmsilçisi ÇL-i qazanmaqla mövsümü titulla başa vurmaq niyyətində idi.
Bu mövsüm İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vuran `Çelsi` klubu də kuboka iddiasını davam etdirirdi. 2008-ci ildə Moskvada keçirilən final matçında `Mançester Yunayted`ə penaltilər seriyasında məğlub olan `zadəganlar` da həmin uğursuzluğu unutdurmağa yaxın idi ki, bunu da bacarıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın taleyi penaltilər seriyasında həll olunub. Bu seriyada daha dəqiq oynayan `Çelsi` klubu tarixində ilk dəfə olaraq ÇL-in qalibi olub - 4:3.
19 may
Çempionlar Liqası, final görüşü
23:45. `Bavariya` (Almaniya) - `Çelsi` (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 3:4)
`Bavariya`: + + + - -
`Çelsi`: - + + + +
Qollar: Tomas Müller, 83 (1:0), Didye Droqba, 89 (1:1)
Qeyd edək ki, matçın 96-cı dəqiqəsində `Bavariya`nın hücumçusu Aryen Robben penalti zərbəsindən yararlana bilməyib. Hollandiyalı futbolçunun vurduğu topu `Çelsi`nin qapıçısı Peter Çex zərərsizləşdirib.

Paylaş

// pop up