Çempionlar Liqasında cavab oyunun hakimləri müəyyənləşdi

single-news
21 İyl 2025

Çempionlar Liqasında cavab oyunun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununun hakimləri müəyyənləşib. II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək ev görüşünə İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb.

 

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Andrea Kolombo idarə edəcək. Stefano Alassio və Dario Cekkoni oyunun baş hakiminin köməkçiləri olacaqlar. Kevin Bonakina dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” - “Şelburn”

Baş hakim: Andrea Kolombo

Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Cekkoni

Dördüncü hakim: Kevin Bonakina

VAR: Daniele Doveri

AVAR: Daniele Paterna

(hamısı İtaliya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Paylaş

// pop up