CERARDLA DANIŞIQLAR NƏTİCƏSİZ QALDI

single-news
5 İyl 2005

CERARDLA DANIŞIQLAR NƏTİCƏSİZ QALDI



"Liverpul"un kapitanı Stiven Cerard məşq zamanı Rafael Benitezlə anlaşılmazlıqdan sonra, yeni kontraktla bağlı klubla danışıqları dayandırıb. Bu məlumat klubun rəsmi açıqlamasında futbolçunu saxlamaq istəməmələri ilə bağlı yayılan xəbərdən sonra aşkarlanıb. Futbolçunun agenti Straun Marşall isə Sky Sports news-a aşağıdakıları bildirib: "Futbolçu klubla danışıqları dayandırıb və danışıqların bərpa ehtimalı çox azdır". Bununla belə Benitez futbolçunu buraxmaq istəmir: "Biz danışıqları bərpa etmək üçün üç dəfə cəhd göstərdik. O dedi gözləyin və biz də gözləyirik. Ötən sezon kubok haqda fikirləşirdik və ən güclüsünü başımız üzərinə qaldırdıq,heyəti gücləndirmək haqqında düşünürdük, artıq yeni oyunçularla müqavilələr imzalamışıq. Biz klubumuzu daha da gücləndirəcəyik və bu yolda Stivə eytiyacımız böyükdür."

Paylaş