“Çox vacib 3 xal qazandıq”

single-news
10 Fev 2026

“Çox vacib 3 xal qazandıq”



Misli Premyer Liqasının XIX turunun “Şamaxı” - “Qarabağ” (1:2) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“İlk olaraq azarkeşlərimizə təşəkkür edirəm. Belə soyuq havaya baxmayaraq, yenə komandanın yanında oldular. Çox vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Bu matçda xarakter, mübarizə çox vacib idi. İkinci hissədə komandamız oyunu ələ aldı, topa nəzarət etməyi bacardı. Bunun da sayəsində son saniyələrdə qələbə qolunu vurduq. Artıq qarşıdakı oyunlara hazırlaşacağıq”.

Paylaş

// pop up