“Çox vacib qalibiyyət əldə olundu”
“Çox vacib qalibiyyət əldə olundu”
Misli Premyer Liqasının XI turunun “Qarabağ” – “Neftçi” oyunundan (2:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:
“Başda Cənab Prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük bir zəfər olub. Matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. 44-cü dəqiqədə bizim azarkeşlərlə "Neftçi" azarkeşlərinin bunu qeyd etməsi xoş oldu. Stadionda çox gözəl azarkeşlik var idi. Oyunçularıma təşəkkür edirəm. Çox vacib qalibiyyət əldə olundu. Hər iki komandanın oyunçuları yaxşı, dinamik, sürətli futbol nümayiş etdirdi. Belə oyunların sayı çox olsa, gələcəkdə bütün komandaların inkişafı daha tez olar”.
