ÇSKA – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
20 İyl 2026
ÇSKA – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
Komandamın UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) ilə keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb. İyulun 30-da keçiriləcək görüşü Belçikadan olan hakimlər idarə edəcək.
Matçın baş hakimi Bram Van Drieşe olacaq. Ona Mişel Seldrayers və İv De Neve kömək edəcək. Kevin Van Damm dördüncü hakim, Bert Put VAR, Uesli De Kremer AVAR funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Vasil Levski Milli stadionunda keçiriləcək ÇSKA – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
