“Diqqətli və intizamlı çıxış etdik”

single-news
14 Dek 2025

“Diqqətli və intizamlı çıxış etdik”



Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” (5:1) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Futbolçuların sona kimi intizamlı oynamaları çox önəmli idi. Sonlara yaxın 1-2 boşluq oldu, amma ümumilikdə diqqətli və intizamlı çıxış etdilər. Yaxşı hücumlarımız oldu, baxımlı qollar vurduq. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşlərimizə də təşəkkür edirəm”.

Paylaş

// pop up