Dörd futbolçumuz U-17-də

single-news
16 Mar 2026

Dörd futbolçumuz U-17-də



17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qarabağ”ın 4 futbolçusu – Əli Bəşirov, Bilal Hacıyev, Amin Rzayev və Uğur Qurbanlı U-17-yə dəvət olunub.

 

Yığmamız martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Millimiz Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.

 

B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bakı toplanışından sonra Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.

Paylaş

// pop up