DÖRD GƏNC, ÜÇ DEBÜT . . .

single-news
15 Okt 2005

DÖRD GƏNC, ÜÇ DEBÜT . . .



Bu cütün taleyi hələ ilk oyundaca həll olunmuşdu. Məhz bu səbəbdən baş məşqçi Elxan Abdullayev son turda meydana çıxan futbolçuların əksəriyyətinə istirahət verərək, heç matç protokoluna da onların adlarını salmamışdı. Əvəzində "Qarabağ"ın gənc yetirmələrindən Fərid Haqverdiyev, Mehran Əliyev və qapıçı Elçin Cəfərov bu matçda debüt etmək şansı qazanmışdılar. Bundan başqa Cavad Cavadov da ikinci hissədə meydana buraxıldı... Matçın elə ilk hissəsində ötən oyunda olan böyükhesablı nəticə tabloda yazıla bilərdi. Amma yaradılmış momentlərin heç olmasa bir hissəsindən istifadə olunsaydı... Futbolçuların matça ciddi yanaşmamaları onların bir qapı qarşısında oynadıqları oyunda qol vurmaları üçün yaratdıqları şəraitdən istifadə etməmələri ilə nəticələnirdi. Oyunun mərkəzinə isə Aslan hakimlik edirdi. Lakin onun çox ağıllı, düşünülmüş ötürmələrini nə gənc Dima, nə Ruslan, nə də təcrübəli Müşviq sonluqla başa vura bilmirdilər. Müşviqin, Ruslanın bir neçə epizodda qapıçı ilə təkbətək qalmaları da topun ən yaxşı halda qapı dirəyin dəyməsi ilə nəticələnirdi. Belədə, Aslanın illərlə yığdığı təcrübəsi öz sözünü dedi. Özünün başladığı kombinasiyanı Voskoboynikin mükəmməl ötürməsindən sonra özü də qapıdan keçirdi: 1-0. Hissənin sonlarında isə matçda vurğuladığımız kimi debüt edən Elçin Cəfərov yaradılmış yeganə hücumdan sonra topu qoruduğu qapıdan çıxartmalı oldu: 1-1. İkinci hissədə də eyni məcrada davam edən görüş sonucda heç-heçə ilə də nəticələndi və "Qarabağ" ilk matçda vurduğu 5 cavabsız qol sayəsində 1/8 finala öz adını yazdı...

Paylaş