DÖRD HAKİM HAKİMLİKDƏN UZAQLAŞDIRILDI

single-news
20 Avq 2005

DÖRD HAKİM HAKİMLİKDƏN UZAQLAŞDIRILDI



Dünən AFFA Prezidenti Ramiz Mirzəyev Çempionat matçlarını idarə edən hakimləri bir araya yığaraq, onların işinə qiymət verib. Belə ki, dörd hakim hakim adından məhrum edilib, altı hakim isə son cəzalarını alıb. Bunlar aşağıdakılardır: Hakimlikdən ömürlük uzaqlaşdırılanlar: Zöhrab Qədiyev, Munis Abdullayev, Məhəmməd Məmmədov, Anar Salmanov. Son xəbərdarlıq edilənlər: Xaqani Məmmədov, İmanxan Sultani, Rövşən Əhmədov, Vüsal Əliyev, Azad Mütəllimov, Emil İsgəndərov. Bundan başqa, Səyavuş İbrahimovun Hakimlər Komitəsinin sədri postundan getməsi də gözlənilməz oldu. Amma bir fərq var ki, Səyavuş bəyi AFFA başbilənləri postundan uzaqlaşdırmayıb. Onun özü işinin çoxluğundan istefa verib. Onun vəzifəsinə isə Əli Hüseynov təyin olunub.

Paylaş