ELTAY ASLANOV: "ARDICIL ÜÇÜNCÜ ÇEMPİONLUĞUMU "QARABAĞ"LA QAZANACAM !"

single-news
29 İyl 2005

ELTAY ASLANOV: "ARDICIL ÜÇÜNCÜ ÇEMPİONLUĞUMU "QARABAĞ"LA QAZANACAM !"



2005-06-cı il mövsümündə "Qarabağ"ın şərəfini qoruyacaq futbolçulardan biri də Eltay Aslanovdur. O, professional futbolçu karyerasına 1994-cü ildə Tovuzun "Turan" klubunda başlamışdır. 9 il "Turan"da oynayan futbolçu, 2003-cü ildə "Neftçi"yə transfer olunmuş və bu klubun heyətində son iki ildə iki dəfə çempionluq sevinci yaşamışdır. Hal-hazırda o "Qarabağ"dadır və bu uğuru "Qarabağ"la davam etdirmək istəyir: "Mən çox şadam ki, "Qarabağ"la müqavilə imzaladım və bu klubun formasını geyinəcəm. Klubda olduğum qısa müddətdə kollektivdə gördüyüm yüksək əhval-ruhiyyə məni çox sevindirir. İnanıram ki, bu kollektivlə istədiyimiz nailiyyəti əldə edə biləcəyik. Son iki ildə flaqmanın heyətində yer alıb o klub üçün əlimdən gələni etdim. İki dəfə Azərbaycan çempionu oldum. Bu uğuru indi "Qarabağ"da davam etdirmək istəyirəm. Bu arzumu reallaşdırmaq üçün əlimdən gələni edəcəm." 1.Adı: Eltay 2.Soyadı: Aslanov 3.Doğulduğu yer: Qaraxanli, Tovuz rayonu 4.Doğum tarixi: 17.03.1972 5.Təhsili:Ali 6.Ampluası: Yarımmüdafiəçi 7.Boyu: 177 sm 8.Çəkisi: 78 kg 9.Ailə vəziyyəti: evli Xoşladığı... 10. ... yemək: hamısı 11.... meyvə: hamısı 12....içki: təbii meyvə şirəsi 13....musiqi: Azərbaycan musiqiləri 14.... müğənni: Könül Kərimova 15.... kino: “Bəxt üzüyü” 16.... aktyor: Afaq Bəşirqızı 17....kitab: yox 18...yazıçı: yox 19. ...rəng: göy-ağ 20....məşğuliyyəti: 21. ...maşın: Lada 2107 22. ...idarə etdiyi avtomobil: Lada 2107 23. ...idman: Futbol 24. ...idmançı: Şevçenko 25. ... komanda: “Milan” 26. ... məşqçi: 27. Arzuladığı titul: Çempion olmaq 28. Oynamaq istədiyi komanda: “Qarabağ” Çıxış etdiyi klublar: “Turan”(1994-2003), “Neftçi” (2003-2005)

Paylaş