ELXAN ABDULLAYEV BEKOVİÇİ BƏYƏNİB (FUTBOL+QOL, 04.08.2005)

single-news
4 Avq 2005

ELXAN ABDULLAYEV BEKOVİÇİ BƏYƏNİB (FUTBOL+QOL, 04.08.2005)



Hazırlığın ilkin mərhələsini Bakıda başa vurduqdan sonra Qaxa yollanan "Qarabağ" klubu çalışmalarını davam etdirir. Hazırlığın gedişindən razı qalan komandanın baş məşqçisi Elxan Abdullayev daha çox sparrinq rəqibin tapılmamasından heyfsilənir: " Kollektivdı yüksək əhval ruhiyyə hökm sürür. Hazırlıqlarımız istədiyimiz axarda davam edir. Düşərgəyə dəvət etdiyimiz legionerlərdən yalnız Bekoviçin səviyyəsi məni qane edir. Bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırsaq da, təəssüf ki, alınmadı. Digərləri haqda isə hələlik nəsə demək tezdir. Avqustun 5-i Bakıya qayıtdıqdan sonra təlim-məşqlərimizi yekunlaşdıracağıq. Ümumilikdə isə komandanın hazırlıq səviyyəsindən razıyam".

Paylaş