ƏMRƏ "NYUKASL"LA MÜQAVİLƏ BAĞLADI

single-news
27 İyn 2005

ƏMRƏ "NYUKASL"LA MÜQAVİLƏ BAĞLADI



Türkiyə Milli Yığma komandasının yarımmüdafiəçisi olan əmrə Bələzoğlu İngiltərənin "Nyukasl" klubu ilə rəsmi müqavilə imzalamışdır. 24 yaşlı yarımmüdafiəçiyə görə İngilis klubu "Milan"a 4 milyon avro ödəmişdir.Hələ 10 gün öncə karyerasını İngiltərədə davam etdirəcəyini demiş Əmrə konkret hansı klubda oynayacağını açıqlamamışdı. Lakin dünən o rəsmi olaraq, "Nyukasl"da oynayacağını bildirmişdir: "Mən artıq "Nyukasl" klubunun futbolçusuyam və bu məni çox sevindirir. Mənim karyeramı davam etdirmək üçün bir neçə variantım var idi, lakin mən "Nyukasl"ı seçdim və bundan peşman deyilən. Çünki bu kluba türk futboluna çox yaxın olan Qrem Suness rəhbərlik edir".

Paylaş