FAYDALI İSTİRAHƏT ! BURA "QARABAĞ"DIR . . .

single-news
17 Okt 2005

FAYDALI İSTİRAHƏT ! BURA "QARABAĞ"DIR . . .



"Qarabağ" Futbol Klubunun Zaqulbadakı 5 günlük təlim məşq toplanışı başa çatdı. Azərbaycan Kubokunun cavab qarşılaşmasında isə Baş məşqçi əsas heyətin əksər futbolçularına, o cümlədən legionerlərinə də istirahət verdi. Bu fasilədən daha səmərəli istifadə etmək üçün Klubun Legionerləri bir yerdə istirahət etmək qərarı verdilər... 16.10.2005-ci il tarixində "Qarabağ" FK-da top qovan beş legioner ailələri ilə birlikdə bir araya gəldilər. Onlar Əyləncə mərkəzlərindən birinə təşrif buyurdular. Əyləncəli oyunlar oynadılar. Şam yeməyi üçün birgə Bakının gözəl restoranlarından birinə getdilər. Canlı musiqi, gözəl müğənnilərin səsləri onlara Azərbaycan İncəsənəti ilə tanış olmaq şansı yaratdı. Ailələri ilə birgə olmaq futbolçuların xanımlarının da bir-biri ilə ünsiyyət qurmalarına səbəb oldu. Futbolçular belə bir şəraiti yaratdığına görə, Klub rəhbərliyinə də minnətdarlıq etməyi unutmadılar. . . Deyilənləri bir qədər də əyani şəkildə FOTOQALEREYA bölümünə daxil olmaqla görə bilərsiniz.

Paylaş