FƏRQLİ İKİ HİSSƏ....

single-news
12 Sen 2005

FƏRQLİ İKİ HİSSƏ....



Matç sakit başladı. İlk dəqiqələrdən qarşılıqlı hücumlar öz bəhrəsini hissənin ortlarında verdi. 25-ci dəqiqədə yandan gözəl ötürmə alan Azər Cabbarov topu iki hərəkətlə mərkəzdə irəliləyən Voskoboynikə verdi. Bundan sonra isə illərin ustalığı özünü göstərdi. Mükəmməl zərbəni Sissoko yalnız baxışları ilə izləməyə macal tapdı. Hissənin sonlarına doğru komandamız top fərqini iki, hətta üçə qədər artıra bilərdi. Yandan ötürmədən sonra Samir Musayev qapıçı ilə üzbəüz qaldı. Lakin Samirin topu qapıçının başı üzərindən atmaq istəyi istək olaraq da qaldı. Az sonra Kravçekonun mükəmməl zərbəsini Sissoko çətinliklə də olsa yana istiqamətləndirə bildi. Əlavə olunmuş vaxtda Voskooyniklə gözəl anlaşan Azər Cabbarov bu dəfə özü fərqlənməyə yaxınlaşdı. Lakin zərbəsini qapıçı dəf edə bildi. Buna qədər isə, Marius Suleap hasabı bərabərləşdirə bilmişdi... İkinci hissədə isə rəqib daha üstün oyun sərgilədi. Bunun nəticəsi olaraq üç dəfə meydanın mərkəzindən başlamaq məcburiyyəində qaldıq. Bunlardan isə yalnız birinin əvəzini çıxa bildik. Kravçenko rəqibin üç qolunu əvəzləyə biləcək bir qola öz imzasını yazdı... 2:4 və müdafiəmiz bu dəfə yadda qaldı. .. 4 "mükəmməl" səhvi ilə.. Digər oyunların nəticələri TURNİR/ ÖLKƏ ÇEMPİONATI BÖLÜMÜNDƏ...

Paylaş