FIFA-dan “Qarabağ”a təbrik

single-news
11 May 2022

FIFA-dan “Qarabağ”a təbrik



FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla "Qarabağ" Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib. Məktubun məzmununu diqqətinizə çatdırırıq:

 

Cənab Rövnəq Abdullayev

Prezident

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

 

Sürix. 10 may 2022-ci il

 

"Qarabağ" FK-ya təbrik

 

Hörmətli prezident,

 

“Qarabağ” FK-nı 2021/2022-ci il mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!

 

Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticəyə nail olmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın.

 

Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropa futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.

 

Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm.

 

Hörmətlə,

Gianni İnfantino.

Paylaş