"Frayburq" - "Qarabağ" oyununun hakimləri açıqlandı

single-news
6 Sen 2022

"Frayburq" - "Qarabağ" oyununun hakimləri açıqlandı



UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Frayburq" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.

 

Qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək. Co de Ueyrdt və Matias Hillaert köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını isə Uim Smet yerinə yetirəcək.

 

Var hakimləri isə fransalı Villi Dilacod (Video assistant referee) və Benua Milodur (Assistant Video Assistant Referee).

 

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) keçiriləcək.

Paylaş