“Futbol hamı üçün” aksiyası keçirilib

single-news
8 Mar 2026

“Futbol hamı üçün” aksiyası keçirilib



“Qarabağ” Futbol Klubunun təşkilatçılığı və tərəfdaşımız Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Futbol hamı üçün” adlı sosial aksiya həyata keçirilib.

 

Misli Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən "Qarabağ"- "Araz-Naxçıvan" oyunu öncəsi baş tutan aksiya 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunub.

 

Təşəbbüs çərçivəsində azyaşlı qız uşaqları futbolçularla birlikdə meydana çıxaraq “Futbol hamı üçün” mesajını azarkeşlərə çatdırıblar. Aksiyanın əsas məqsədi futbolda və cəmiyyətdə inklüzivlik, gender bərabərliyi və irqi bərabərlik kimi dəyərlərə diqqət çəkmək olub.

 

Bu təşəbbüslə bir daha vurğulanıb ki, futbol insanları birləşdirən, hər kəs üçün açıq olan və bərabərlik mesajı daşıyan universal bir oyundur.

Paylaş

// pop up